• +994 12 596 17 12/13/14

  • +994 55 208 16 61

  • B.Məcidov, 44/46

  • info@indigo.az

Indigo

Security print


Indigo şirkəti SECURİTY PRİNT programının köməyilə qiymətli kağızlar, dokumentlər, sertifikatlar, lotereya və s.-ın hazırlanması və çapını təklif edir. Bu cür dokumentlərin hazırlanması və çapı zamanı biz, 100% keyfiyyətə və saxta məhsullardan mühafizəyə zəmanət veririk. 

Dokumentin hazırlanması zamanı biz, aşağıdakı mühafizə dərəcələrini təklif edirik:

Mikro mətn - Mikro mətn çox məqbul qoruyucu üsul sayılır. Skaner olunma zamanı mikromətn çox sıx (qalın) xəttə çevrilir.

Ştrixli yazı - Ştrixlərdən ibarət seçmə və individual yazı skaner olunma zamanı eyni tona malik rəng örtüyünə çevrilir.

Relyefli şəbəkə - Şirkətin loqotipi və ya individual adın ştrixlərlə təsviri.Hər bir relyefli loqotip öz individual relyefli əyrisinə malikdir.

Gilyoş çərçivə - Çərçivələr hər biri xüsusi forma ilə yaradılan individual həndəsi formaya malikdir.

Gilyoş şəbəkə - Şəbəkələr xüsusi formulla yaradılan individual həndəsi formaya malik olur.

Antikopi - Skaner olunma və ya sənədin saxtalaşdırıldığı təqdirdə bu element xüsusilə nəzərə çarpır.

Qravüra imitasiyası - Yaradılan təsvir öz qalınlığını fasiləsiz olaraq dəyişir
Bir elementli təsvir - Təsvir bir seçmə elementdən ibarət olur.

Potern təsvir - Təsvir öz qalınlığı və xüsusiyyətləri ilə seçilən müxtəlif ştrixlərdən ibarətdir.

Xüsusi ştrixli təsvir - Təsvir, qalınlaşma üsulu ilə yarımton təsvir yaradan xətlərdən ibarətdir.

Iris çapı - bu, rənglərin rəvan şəkildə birindən digərinə keçməsi müşahidə olunan çap növüdür. Əksər hallarda pul və qiymətli kağızların çapı zamanı quruyucu üsul kimi istifadə olunur. Bu çap prosesi bir neçə rəng boyasının arakəsmələrlə bölünmüş bir rəng yeşiyindən və bir çap formasından istifadə edilməklə həyata keçirilir.iris effekti yalnız yüksək yapışqanlıq xüsusiyyətinə malik boyalardan istifadə edilməklə alına bilir.

Gizli boya- bu rənglər yalnız ultra bənövşəyi işıq altında görünür. Təcili yerinə yetirilən işlər onların qiymətinin 1,5 dəfə qalxmasına səbəb olur. 

 

© All Rights Reserved İndigo | Site by Studio De-mar