Laminasiya

Laminasiya çap məhsulunu yaxşılaşdırmaq və qorumaq üçün kağız və ya kart vərəqlərinə nazik plastik təbəqənin tətbiqi prosesidir. Laminasiyanın növləri: parlaq, mat və məxməri. Laminasiya qablaşdırma, kitab üzlükləri, broşuralar, vizit kartları və digər çap məhsullarının üzlüklərində  istifadə olunur.



Laminasiya örtükləri yırtılmaya və suya davamlı olur. Materialların laminasiya olunması həm də onların daha uzun müddət işlənməsinə imkan verir . Büzüşmə, ləkələnmə və günəş şüalarının təsiri ilə solma kimi aşınma problemlərinin qarşısını alır.

Xərc kalkulyatoru

0
cost-calc