Müasir dövrümüzdə ölkəmizin poliqrafiya bazarında tarixi həm uzaq, həm də yaxın keçmişə dayanan mətbəələr fəaliyyət göstərir. Elmi-texniki yenilikləri öz müəssisələrinə tətbiq edən bu mətbəələr arasında “İndigo” şirkəti də 2001-ci ildən fəaliyyətə başlamış, çalışqanlığı və əzmi ilə şərəflə rəqabət apararaq birincilərdən olmağı bacarmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə və cəmiyyətimizin mənəvi prinsiplərinə sadiq qalaraq şirkət çap sahəsində öz sferasında liderdir. Son illər ərzində də bu sərhədləri genişləndirərək həm Azrbaycanda, həm də ölkənun hüdudlarından kənarda mühüm addımlar atmağı bacarmışdır.

Peşəkar komanda və yüksək texnologiyalı maşınlarla bu sahədə öz sözünü deyən “İndigo” şirkətində 40-dan artıq çap maşınında 90 nəfərdən çox işçi çalışır. Böyük – 500 kv metrlik çap öncəsi və çap sonrası sexlərə və işçi personalının çalışdığı böyük ofisə malik mətbəəmiz müasir standartlara cavab verir. Şirkətimizdə işçi heyətinin qorunması və onların ixtisas səviyyələrinin artırılması həmişə diqqət mərkəzindədir. İncə hazırlanmış kollektivin idarəolunma siyasəti sayəsində şirkətimizdə ixtisaslı işçilərin, bölmə rəhbərlərin və mütəxəssislərin sayı azalmır, əksinə artır.

“İndigo” mətbəəsində MDB və Avropa ölkələrində təcrübə keçmiş ixtisaslı menecerlər, dizaynerlər, çapçılar və servis mühəndisləri çalışır. Şirkətdə daim texniki təchizat dəyişikliyi həyata keçirilir: yeni, daha müasir təchizatlar əldə edilir və bu texnologiyalar mənimsədilir. Dizayn planını yerinə yetirmək üçün  Almaniya, İsveçrə, İngiltərə, İtaliya və digər ölkələrin, həmçinin məşhur istehsalçıların daha müasir istehlak materiallarından - İNDİGO, KBA, ADAST, RYOBY, SCREEN istifadə olunur.

Bugün İndigo yaradıcı və istehsal potensialını yeni çap məhsullarının hazırlanmasına yönəldib. İstənilən rəngdə, formatda, cilddə və tirajda, orijinal dizaynda ənənəvi ofset və təsvir çapı, rəqəmsal çap kimi çap məhsullarının hazırlanmasını yerinə yetirir. Bu məhsulların hazırlanmasında müasir poliqrafiyada istifadə olunan texniki proseslər tətbiq olunur. Bundan başqa xüsusi çap işlərini yerinə yetirmək üçün də mətbəədə trafaret və tampon çap maşınları işləyir. Bu proseslərə kompleks bəzək işlərini, tam və seçmə laklama, laminasiya, fiqurlu kəsmə, bükmə, nömrələmə, perforasiya və s. misal göstərmək olar.

Rəqib şirkətlər arasında bir ilki bacaran “İndigo” şirkəti SECURITY PRINT programının köməyi ilə qiymətli kağızlar, sənədlər, sertifikatlar, lotereya və s. hazırlanmasını və çapını həyata keçirir. Bu cür sənədlərin hazırlanması və çapı zamanı biz, 100% keyfiyyətə və saxta məhsullardan mühafizəyə zəmanət veririk. 1 nüsxədən 1 000 000 nüsxə tiraj prinsipindən çıxış edən şirkətimiz poliqrafiya bazarına böyük bir addım ataraq kiçik və böyük dövriyyəyə malik istehsalçı müəssisələrin az məsrəf, çox qazanc devizinə dəstək verir.

Mikromətn - mikromətn çox məqbul qoruyucu üsul sayılır. Skanerolunma zamanı mikromətn çox sıx (qalın) xəttə çevrilir.

Ştrixli yazı - ştrixlərdən ibarət seçmə və individual yazı skanerolunma zamanı eyni tona malik rəng örtüyünə çevrilir.

Relyefli şəbəkə - şirkətin loqotipi və ya individual adın ştrixlərlə təsviri. Hər bir relyefli loqotip individual relyefli əyriyə malikdir.

Gilyoş çərçivə - çərçivələr hər biri xüsusi forma ilə yaradılan individual həndəsi formaya malikdir.

Gilyoş şəbəkə - şəbəkələr xüsusi formul ilə yaradılan individual həndəsi formaya malik olur.

Antikopi - skanerolunma və ya sənədin saxtalaşdırıldığı təqdirdə bu element xüsusilə nəzərə çarpır.

Qravüra imitasiyası - yaradılan təsvir öz qalınlığını fasiləsiz olaraq dəyişir.

Birelementli təsvir - təsvir bir seçmə elementdən ibarət olur.

Potern təsvir - təsvir öz qalınlığı və xüsusiyyətləri ilə seçilən müxtəlif ştrixlərdən ibarətdir.

Xüsusi ştrixli təsvir - təsvir qalınlaşma üsulu ilə yarımton təsvir yaradan xətlərdən ibarətdir.

İris çapı - bu, rənglərin rəvan şəkildə birindən digərinə keçməsi müşahidə olunan çap növüdür. Əksər hallarda pul və qiymətli kağızların çapı zamanı quruyucu üsul kimi istifadə olunur. Bu çap prosesi bir neçə rəng boyasının arakəsmələrlə bölünmüş bir rəng yeşiyindən və bir çap formasından istifadə edilməklə həyata keçirilir. İris effekti yalnız yüksək yapışqanlılıq xüsusiyyətinə malik boyalardan istifadə etməklə alına bilər.

Gizli boya - bu rənglər yalnız ultra bənövşəyi işıq altında görünür. Təcili yerinə yetirilən işlər onların qiymətinin 1,5 dəfə qalxmasına səbəb olur. 

Şirkətin çap öncəsi, çap sonrası və çap xidmətləri və çoxsferalılığı ilə seçilir:

  • Çap öncəsi - məhsulun dizaynının və maketin hazırlanması, rəng ayrımı, şəklin çıxarılması CTP texnologiyalarının  çap formasının yaradılması;
  • Çap sonrası -  laminasiya, holoqramlı laminasiya, nömrələnmə, perforasiya, qatlama (Biqovka), seçmə laklama, UV (tam laklama), basqı (qızılı və gümüşü təbəqə ilə), formalı kəsmə, istənilən növ cildəmə (Stepler, Termokley, Metal və yaxud plastik purjun ilə cildləmə), bükmə (Falsovka);
  • Çap xidmətləri - tam rəngli ofset çapı, Digital ofset çapı, Rəqəmsal çap, Rizoqrafiya çapı, İpək trafaret çapı, Tampon çapı, Transfer çapı.

galer_1
galer_1
galer_1
galer_1
galer_1
slider-image
slider-image
slider-image
slider-image
slider-image