INDIGO

ANA SƏHİFƏ » Məhsullar » Diplom və Fərmanlar

Diplom və Fərmanlar


Diplom, fərman və sertifikatlar uzun müddətdir ki, korporativ həyatın tərkib hissəsinə çevrilib.  Müasir zamanda demək olar ki, heç bir mərasim, korporativ hadisə və tədbir diplom və fəxri fərmansız keçmir. Diplom və fərmanlar musabiqə və yarışların qaliblərini, uğurlu həmkar və partnyorları, seminar və sərgilərin qaliblərini qeyd edir. Fərmanlar, diplomlar, təşəkkürnamələr rəsmi sənədlərdir, amma zarafat şəklində də hazırlana bilər. Əgər siz dostlarınız arasında yarış təşkil edirsinizsə, o zaman diplom və fərmanlar daha rəngarəng və şən olmalıdır, amma korporativ tədbirlər üçün nəzərdə tutulmuş diplom və fərmanlar isə ciddi üslubda olmalıdır. Diplom və fəxri fərmanların çapı poliqrafiya mütəxəssisindən xüsusi ustalıq tələb edir.  İlk növbədə diplom və fərmanların hansı kağızda çap olunacağını qərarlaşdırmaq lazımdır. Adətən bu A4 formatında olan dizayn və ya təbaşirli kağız olur.

 Biz fərman və diplomları aparıcı dünya standartlarına uyğun hazırlayırıq. Onların müasir tələblərə cavab verən  professional Avropa avadanlıqlarında çap edilir. Bizim dizaynerlərimiz tərəfindən hazırlanan diplom və fərmanlar öz üslub və zərifliyi ilə heyran edən poliqrafiya sənətinin mükəmməl nümunələrinə çevrilirlər. Bizim hazırladığımız mükafat diplomlarını və fəxri fərmanları verməklə siz həqiqətən təkrarolunmaz, orijinal və gözəl üslublu diplom və fərmanlar vermiş olacaqsınız. “İndigo” sizin üçün uzun müddət bizim vizit kartımıza çevrilmiş yüksək keyfiyyətlə diplom və fəxri fərmanların çapını həyata keçirə bilər. Klassik, müasir, qeyri-adi, orijinal üslublu diplomlar, fərmanlar - biz sizin üçün poliqrafiya sənətinin əsl şah əsərini yaradacağıq. Bunun üçün “İndigo”ya – təmtəraqlı poliqrafiya yaradıcılarına zəng etmək kifayətdir.

© All Rights Reserved İndigo | Site by Studio De-mar