INDIGO

ANA SƏHİFƏ » Məhsullar » Ciddi hesabat blankları

Ciddi hesabat blankları


Ciddi hesabat blanklarının çapı mətbəədə xususi yer tutur. Mətbəəmiz bütün respublika ərazisində işləyən ciddi hesabat blanklarının qəbulu və çapı üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş lisenziyaya malikdir. Ciddi hesabat blanklarının çap olunması  mətbəəmizdə mövcud olan ən vacib profillərdən biridir.

O da qeyd edilməlidir ki, ciddi hesabat blanklarının sifarişi 24 saat ərzində yerinə yetirilir. Mətbəəmizdə daimi sifarişlərdən ibarət çox boyük sifarişçi bazası vardır.bu da onunla bağlıdır ki, ciddi hesabat blanklarının çapında mikroçap və gizli boyadan  istifadə edirik.

Elə bir sahə təsəvvür etmək mümkün deyildir ki, orada ciddi hesabat  blanklarından  istifadə olunmasın. Məhz bu səbəbdən də ciddi hesabat blanklarına olan tələbat böyükdür. Bu tip blanklar müxtəlif növlərdə ola bilər. Qaimə, girov bileti, mədaxil qəbzi, kassa mədaxil orderi, vəkalətnamə, əhalidən vergilərin qəbulu üçün qəbz – biznesin bütün sahələrində istifadə olunan bu tip blankların mövcudluğu sizi təəccübləndirməsin. Bu tip blankların hansı sahədə istifadə olunması əsas deyil. Əsas olan onların professional şəkildə hazırlanmasıdır.

© All Rights Reserved İndigo | Site by Studio De-mar