INDIGO

ANA SƏHİFƏ » Məhsullar » Qiymətli Kağızlar

Qiymətli Kağızlar


“İndigo” şirkəti xüsusi SECURİTY  PRİNT proqramı vasitəsilə sizə qiymətli kağızların, sənədlərin, sertifikatların, lotoreyaların,  çek kitabçalarının, ipoteka kağızlarının və s.-nin hazırlanması və çapını təklif edir. Bu sənədlərin çapı və hazırlanması zamanı biz saxta kağızlardan 100% qorunmaya və keyfiyyətə zəmanət veririk.

Banknot və qiymətli kağızlarda müdafiə məqsədilə iris çapından istifadə edirik. İris çapı – çapın elə bir xususi növüdür ki, burada bir rəngdən digərinə keçid zamanı rəngələrin rəvan dəyşikliyi müşahidə olunur. Çap xüsusi avadanlıqda bir rəng aparatından eyni anda bir neçə rəng vasitəsilə həyata keçirilir.

(İris çapını yalnız yüksək keyfiyyətli boyalar vasitəsilə reallaşdırmaq olar).

İstifadə olunan gizli boya – yalnız ultrabənövşəyi işıqlandırma zamanı görünür.

“İndigo” şirkəti olaraq xüsusi SECURİTY  PRİNT proqramı vasitəsilə biz Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin, Azərlotoreya MMC-nin Səhiyyə Nazirliyinin, Beynəlxalq bankın, Express bankın, AG bankın və s. sifarişlərini yüksək keyfiyyət və məsuliyyətlə çap etməydəyik.

© All Rights Reserved İndigo | Site by Studio De-mar