42 İLDİR SİZİNLƏ
Müasir dizayn və keyfiyyətli çap həlləri.
Çap sənayesində təcrübə və innovasiya
İndiqo öz köklərini 1982-ci ildən fəaliyyət göstərən “Ulduz” mətbəəsindən alır. 2001-ci ildə “İndiqo” MMC olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçən şirkət 40 ildən artıq təcrübə və ənənəni özündə birləşdirərək Azərbaycan çap sənayesinin liderlərindən birinə çevrilib.
Yarandığı gündən etibarən İndiqo elmi-texniki yenilikləri tətbiq edərək ölkədə innovativ çap istehsalat şirkətlərindən biri kimi tanınıb. Daimi çalışqanlıq və əzmkarlıq sayəsində bazarda öz mövqeyini gücləndirən İndiqo həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühüm layihələr həyata keçirib.
İstehsalat gücü və peşəkar heyət
Şirkət 3300 m² sahəsi olan müasir fabrikində 50-dən artıq çap maşını və 110 nəfərdən çox peşəkar heyət ilə fəaliyyət göstərir. Fabrikdə böyük tirajlı sifarişlər müasir standartlara uyğun olaraq hazırlanır.
Eyni zamanda Bakının mərkəzində yerləşən 270 m²-lik istehsalat sexində müştərilərin sifarişləri qəbul edilir və qısa zamanda icra olunur.
Yüksək standartlarla təchiz edilmiş 300 m²-lik yeni ofisdə müştərilərin qəbulu, sifarişlərin alınması və dizayn işlərinin həyata keçirilməsi üçün ideal şərait yaradılıb.
İnsan kapitalı və davamlı inkişaf
İndiqo işçi heyətinin peşəkarlığını artırmağa və onların inkişafını təmin etməyə xüsusi əhəmiyyət verir. Bu yanaşma nəticəsində şirkətimizdə ixtisaslı kadrların, bölmə rəhbərlərinin və mütəxəssislərin sayı davamlı olaraq artır. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycanın bir çox aparıcı mətbəələrində İndiqo məktəbini keçmiş mütəxəssislər uğurla fəaliyyət göstərir.
Şirkətimizdə MDB və Avropa ölkələrində təcrübə qazanmış yüksək ixtisaslı dizaynerlər, çapçılar və servis mühəndisləri çalışır. Hər zaman texniki bazanın yenilənməsinə diqqət ayrılır, müasir avadanlıqlar əldə edilir və bu texnologiyalar uğurla mənimsədilir.
Çapda keyfiyyət və etibarlılıq
Uzunmüddətli təcrübə, peşəkarlıq və innovasiya üzərində qurulan İndiqo hər zaman müştəri məmnuniyyətini təmin edən keyfiyyətli xidmətlər təqdim etməyə davam edir.