
Maliyyə, hüquqi və rəsmi sənədlərin qorunması üçün xüsusi təhlükəsizlik çap həlləri təqdim edirik. Saxtakarlıq və dublikatların qarşısını almaq üçün yüksək texnologiyalı çap üsulları, xüsusi mürəkkəblər, hologramlar və digər təhlükəsizlik elementlərindən istifadə edirik.
Hər bir sənədin məxfiliyini və orijinallığını qorumaq üçün fərdi həllər təklif olunur. Sifarişin həcmindən asılı olmayaraq, istənilən sayda təhlükəsizlik çap məhsulunu dəqiqlik və peşəkarlıqla hazırlayırıq.
- Hologram və təhlükəsizlik etiketləri
- Sertifikatlar və diplomlar
- Bank çekləri və maliyyə sənədləri
- Biletlər və keçid kartları
- Şəxsi məlumatları qoruyan sənədlər
- Ciddi hesabat blankları
- Aksiz markalar və lotereya biletləri